COP29

“Xəzər Lənkəran” fəaliyyətini bərpa edirmi? – AFFA-dan gələn MƏLUMAT...

27 Aprel 19:00 Gündəm 9 477
“Xəzər Lənkəran” fəaliyyətini bərpa edirmi? – AFFA-dan gələn MƏLUMAT...

“Xəzər Lənkəran” fəaliyyətini yenidən bərpa etməsi barədə hələ AFFA-nə məlumatlandırmayıb.

Sportinfo.az-a bu haqda informasiya federasiyanın özündən daxil olub.

Bugünlərdə 20 yaşı olan klub quruma rəsmi, yaxud şifahi formada müraciət etməyib. Bildirilib ki, əgər qarşıdakı günlərdə belə bir məktub gələrsə, rəhbərlik məsələni müzakirəyə çıxarmağa hazırdır.

2004-cü ildə əsası qoyulan cənub təmsilçisi 2016-cı ildə tarixə qovuşub.

12 illik dönəmdə 1 dəfə Azərbaycan çempionu titulunu qazanan, 2 dəfə də ölkə kubokunu başı üzərinə qaldıran “ağ-yaşıllar”ın faəliyyətini dayandırmasına səbəb Mübariz Mənsimovla Rövnəq Abdullayevin münasibətlərinin pozulmasıdır.

Klubun sahibi ilə AFFA-nın ovaxtkı prezidentinın biznes əlaqəıləri kəsiləndən sonra “Xəzər Lənkəran” bu vəziyyətə qalıb.

2016-cı ildə Premyer Liqda sonuncu yeri tutan komanda I Liqada iştirakdan imtina edib və həmin tarixdən bəri ölkə çempionatında yarışmayıb.

Yalnız bu aralar - R.Abdullayev aprelin 2-də AFFA prezidenti postunu tərk edincə, “Xəzər Lənkəran”ın dönüşü barədə mediada çoxsaylı məlumatlar yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti