Martın 7-də gözlənilən hava şəraiti - 15° isti gözlənilir

7 Mart 2024 08:00 Gündəm 1 798
Martın 7-də gözlənilən hava şəraiti - 15° isti gözlənilir

Martın 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, az çiskin, gecəyə doğru isə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti, atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında dağlıq ərazilərdən başlayaraq, bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!