“Qarabağ” – “Bayer” matçını qəbul edəcək qazonun son halı - FOTOLAR

6 Mart 2024 20:00 Gündəm 844
“Qarabağ” – “Bayer” matçını qəbul edəcək qazonun son halı - FOTOLAR

Martın 7-də Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Bayer Leverkuzen” qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Sportinfo.az xəbər verir ki, ölkənin ən sevilən və düşərli stadionu növbəti oyunu qəbul etməyə hazırdır.

Havaların soyuq və yağışlı keçməsinə baxmayaraq, stadionun ot örtüyünün durumu qənaətbəxşdir. Hətta ideala yaxın olduğunu da deyə bilərik.

Ehtiyat oyunçular üçün nəzərdə tutulmuş oturacaqlar, media sektoru, tribunalar, VİP otaqlar, hətta meydanın kənarındakı elektron reklam lövhələri də matçdan bir gün öncə hazır vəziyyətə gətirilib.

Arenada oyunöncəsi məşq olmayacaq. “Bayer” Bakıda tər tökməyə ehtiyac duymayıbsa, “Qarabağ” son çalışmalarını “Azərsun Arena”da yerinə yetirəcək.

Bu isə o deməkdir ki, təbii örtük oyun saatına qədər baxımlılığını itirməyəcək.

Martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu