"Qarabağ"a görə 1 saat artıq işləyəcəklər

6 Mart 2024 01:50 Gündəm 452
"Qarabağ"a görə 1 saat artıq işləyəcəklər

“Qarabağ” Bakıda "Bayer"ə qarşı keçirəcəyi Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununun gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.

Metropolitenin iş rejimində müvafiq dəyişiklik edib. Bakı metropoliteni martın 8-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.

Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu