“Mənim övladım əsir düşmüşdü, oğlum yenə də gedib öz hərbi xidmətini keçəcək”

5 Mart 2024 21:50 Gündəm 852
“Mənim övladım əsir düşmüşdü, oğlum yenə də gedib öz hərbi xidmətini keçəcək”

“Ruslan yenə də gedib öz hərbi xidmətini keçəcək, bu vətənə öz borcunu qaytaracaq”.

Bu sözləri “qafqazinfo”ya açıqlamasında Laçında əlverişsiz hava şəraitində azaraq Ermənistan tərəfə keçən və bu gün Bakıya qaytarılan Ruslan Pənahovun atası Eldəniz Pənahov bildirib.

“Mən ilk öncə ölkə başçısına dərin təşəkkürümü bildirirəm. Mənim övladım əsir düşmüşdü.

Şükürlər olsun, öz torpağına, öz vətəninə sağ-salamat qayıtdı. Oğlumun əsirlikdən xilas olmasında zəhmət çəkən hər kəsə dərin minnətdaram” - E.Pənahov əlavə edib.

Xatırladaq ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu