Bu şəxs daha AFFA rəhbərliyində təmsil olunmayacaq

20 Fevral 2024 01:10 Gündəm 3 078
Bu şəxs daha AFFA rəhbərliyində təmsil olunmayacaq

Mahir Məmmədov AFFA İcraiyyə Komitəsinin yeni heyətində yer almayacaq.

Sportinfo.az xəbər verir ki, funksioner bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycan Şahmat Federasiyasının prezidenti də olan Mahir Məmmədov bu vəzifədən getmək fikrində olduğunu söyləyib:

"Ölkədə şahmatın səviyyəsinin artmasını, işlərimizin vacibliyini nəzərə alaraq bu qərara gəldim. Bütün ictimai işimi bu sahəyə yönəltmək, cəmləşdirmək niyyətindəyəm".

AFFA-nın Hesabat-Seçki Konfransının martda keçirilməsi planlaşdırılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!