Fevralın 19-da Azərbaycanda gözlənilən hava şəraiti - Şaxta, yağış, qar...

19 Fevral 2024 08:00 Gündəm 633
Fevralın 19-da Azərbaycanda gözlənilən hava şəraiti - Şaxta, yağış, qar...

Fevralın 19-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Arabir duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!