"Xəzər Lənkəran"ı Premyer Liqaya yalnız Mübariz Mənsimov qaytara bilər"

19 Fevral 2024 01:20 Gündəm 1 520
"Xəzər Lənkəran"ı Premyer Liqaya yalnız Mübariz Mənsimov qaytara bilər"

"Xəzər Lənkəran"ın sabiq legioneri, "Roma"nın da formasını geyinmiş Adrian Pit sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, veteran futbolçu "Xəzər Lənkəran"ın fəaliyyətini bərpa edəcəyi ilə bağlı çıxan iddiaları dəyərləndirib və buna görə sevindiyini deyib:

"Xəzər Lənkəran"ın böyük futbola qayıdacağı ilə bağlı yayılan xəbərləri görəndə sevindim. Çox yaxşı xəbərlərdir.

İnanıram ki, onlar Premyer Liqaya qayıdacaq. Mən hər zaman deyirdim ki, lənkəranlı azarkeşlər Premyer Liqada mübarizə aparacaq komandaya layiqdirlər.

"Xəzər Lənkəran" Premyer Liqaya qayıtsa, Lənkərana yollanıb oyunlarını canlı izləyəcəm. Mübariz Mənsimovun "Xəzər Lənkəran"a maliyyə buraxacağına da inanıram. Hər halda bu arzunu yalnız o gerçəkləşdirə bilər".

Adrian Pit 2007-2010-cu illərdə “Roma”, 2011-2014-cü illərdə isə “Xəzər Lənkəran”da çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu