“Qardaşım 1 ay İspaniya klubunun düşərgəsində qalacaq”

17 Fevral 2024 20:40 Gündəm 2 626
“Qardaşım 1 ay İspaniya klubunun düşərgəsində qalacaq”

Azərbaycan yığmasının sabiq müdafiəçisi Ruslan Abışov bu ayın sonunda yenidən ölkə xaricinə yollanacaq.

Bu haqda Sportinfo.az-a onun qardaşı Sərxan Abışov məlumat verib.

Bildirib ki, R.Abışov İspaniyaya səfər edəcək:

“O, 1 ay “Rasinq”in düşərgəsində qalacaq. Santander klubunun gündəlik məşq prosesində yaxından iştirak eləyəcək, təcrübə keçəcək.

Bilirsiz ki, Ruslan yaxınlara kimi Mahaçqala “Dinamo”sunun düşərgəsində idi. “Dinamo”nun Antalya toplanışında oldu.

Qardaşım yekun fikrini yayadək müəyyənləşdirəcək. Onda qəti qərar verəcək ki, funksioner kimi futbolda qalacaq, yoxsa məşqçi olacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu