Lənkəran şəhər stadionuna giriş qadağan edilib.
"Xəzər Lənkəran"a məxsus arena tam nəzarətə götürülüb.
Bir müddət əvvəl xəbər verdiyimiz kimi meydança yaxın zamanda təmirə bağlanacaq.
Artıq yenidənqurma üçün son hesablamalar aparılır.
Girişin qadağan olunma səbəbi də budur.
Halbuki son günlərə qədər stadionun dəmir darvazası taybatay açıq idi.
Sahibsiz qalan idman qurğusuna yoldan keçən hər kəs daxil ola bilirdi.
Yeniyetmə uşaqlar qazonda futbol oynayırdılar.
Hətta inzibati otaqların olduğu dəhlizə maneəsiz giriş mümkün idi.
XANOĞLAN / SPORTİNFO.AZ

