Təxribat törədilən Zəngilanda vəziyyət necədir? - VİDEO

15 Fevral 2024 19:30 Gündəm 492
Təxribat törədilən Zəngilanda vəziyyət necədir? - VİDEO

Xəbər verdiyimiz kimi, fevralın 12-də Ermənistan tərəfi növbəti dəfə təxribata əl atıb.

Belə ki, Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.

İctimai Televiziya Zəngilan rayonunda təxribatın törədildiyi əraziyə yaxın yerdən süjet yayımlayıb.

Videodan da göründüyü kimi, hazırda əməliyyat şəraiti sabit və bölmələrimizin nəzarəti altındadır.

Həmin görüntüləri təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu