Son günlərin əsas müzakirə mövzusu "Xəzər Lənkəran"ın 8 illik fasilədən sonra bərpasıdır.
Xəbər verdiyimiz kimi, artıq kluba məxsus Lənkəran şəhər stadionun təmir olunmasına qərar verilib.
Amma əldə etdiyimiz məlumata görə klub öz adı ilə geri qayıtmaya bilər.
Buna səbəb 2016-cı ildə fəaliyyətini dayandıran bölgə klubunun futbolçulara olan borcudur.
Əgər borclar tam ödənilməsə, "Xəzər Lənkəran" adı ilə geridönüş mümkün olmayacaq.
Hazırda "Xəzər"in yaradıcısı olan Mübariz Mənsimovu düşündürən məsələlərdən biri də budur.
O, yaxın ətrafı ilə porblem ətrafın müzakirə aparır.
Komandanın yeni adla geri qayıtmaq ehtimalı da az deyil.
Bəs borcun məbləği nə qədərdir?
Bu suala dəqiq cavab tapmaq müşkül məsələyə çevrilib.
Müraciət etdiyimiz bir neçə mənbədən müxtəlif cavablar aldıq.
İddiallar arasında minimum borc dəyəri 2, maksimum isə 5 milyon dollar olaraq göstərilir.
SPORTİNFO.AZ

