Məşhur “A Bola” nəşri: “Qarabağ”la oyuna qədər…“

15 Fevral 2024 16:20 Gündəm 1 000
Məşhur “A Bola” nəşri: “Qarabağ”la oyuna qədər…“

Portuqaliya mətbuatında Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Braqa”nın durumu müzakirə edilib.

Sportinfo.az xəbər verir ki, “A Bola” nəşri “Braqa”nın ölkə çempionatının son turunda "Sportinq"ə məğlubiyyətindən (0:5) sonra "Qarabağ"la Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu üçün komandanın psixoloji bərpasının vacibliyindən yazıb:

"Bu fəlakətin arxada qalması ilə baş məşqçi və komanda diqqətləri Avropa Liqasına yönəltməkdə maraqlıdır. Turnirin 1/8 final mərhələsinə vəsiqə uğrunda ilk oyun cümə axşamı Portuqaliyada keçiriləcək.

“Qarabağ”la oyuna qədər “Braqa”nın bütün futbolçularının psixoloji durumu düzəlməlidir. Həm də məqsəd Azərbaycana səfərin daha asan getməsinə imkan verəcək nəticə əldə etməkdir".

Komandalar arasında ilk oyun Braqanın “Munisipal” stadionunda baş tutacaq və görüşə Bakı vaxtı ilə 00:00-da start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu