İndi "vatsap"da bunu da edə biləcəksiz - Yeni funksiya

13 Fevral 2024 18:30 Gündəm 505
İndi "vatsap"da bunu da edə biləcəksiz - Yeni funksiya

Vatsapda istifadəçilərə bəzi kontaktları “Sevimlilər” kateqoriyasına əlavə etməyə imkan verən yeni funksiya mümkün olacaq.

Bildirilib ki, istifadəçilər bu kateqoriyaya kontaktları əl ilə seçərək əlavə edə biləcəklər. Bu funksiyanın çox sayda mesaj yazan və zəng edənlər üçün faydalı olacağı gözlənilir.

“Vatsap əsas danışıqları prioritetləşdirməyə kömək edir və istifadəçilərə ən çox ünsiyyət qurduqları kontaktlara tez və asan giriş imkanı verir”, - məlumatda qeyd olunub.

“WABetaInfo” qeyd edir ki, funksiya tətbiqin veb versiyasının növbəti yeniləməsində əlçatan olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu