Bu gün Fransanın paytaxtı Parisdə UEFA Milətlər Liqasının 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.
Tədbirdə AFFA-nın vitse-prezidentləri Elşad Nəsirov, Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev, Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli və İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov iştirak edəcək.
AFFA prezidenti Rövnəq Abdullayev Bakı vaxtı ilə saat 21:00) başlayacaq püşkatma mərasiminə qatılmayacaq. Onun səfərə çıxmaması səhhətində yaranmış hər hansı problemlə bağlı deyil.
Sağlıq durumu normaldır və bu cəhətdən özünü yaxşı hiss edir. Abdullayevin ölkədə qalması hazırkı vəzifəsində qalmaq iddiasından əl çəkməsiylə bağlıdır.
O, bir müddət öncə Gəncədə keçirilməsi planlaşdırılan İcraiyyə Komitəsinin iclasının qəfildən təxirə salınmasından sonra AFFA-dan gözünü çəkib.
Başa düşüb ki, ardıcıl 5-ci müddətə federasiyanın rəhbəri seçilməyəcək.
2008-ci ildən qurumun başında dayanan Abdullayevin martın sonunda keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyəcəyi demək olar artıq dəqiqləşib.
SPORTİNFO.AZ

