Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri İsveçrədə görüşə bilər

8 Fevral 2024 12:10 Gündəm 509
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri İsveçrədə görüşə bilər

Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Sahibə Qafarova ilə Alen Simonyan arasında mart ayında İsveçrədə görüş keçirilə bilər.

Bu barədə Alen Simonyanın ofisindən müvafiq sorğuya cavab olaraq bildirilib.

Görüşün martın 23-dən 27-nə qədər keçirilə biləcəyi iddia olunur. Bununla belə, konkret təkliflərin daxil olmadığı vurğulanıb.

Bir müddət əvvəl Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ittifaqın martda keçiriləcək növbəti assambleyası çərçivəsində Ermənistan və Azərbaycan parlamentlərinin spikerlərinin görüşünün keçirilə biləcəyini açıqlamışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!