Bayramov “Qalarasaray”da oynaya bilərmi? - Türkiyəli məşqçidən RƏY

9 Fevral 2024 22:40 Gündəm 2 216
Bayramov “Qalarasaray”da oynaya bilərmi? - Türkiyəli məşqçidən RƏY

"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi Mehmet Ak Sportinfo.az-a açıqlama verib.

Türkiyəli mütəxəssis "Qarabağ"ın müdafiəçisi Toral Bayramovun karyerasını "Qalatasaray"da davam etdirmək ehtimalını şərh edib:

"Bacarıqlı və yaşına görə təcrübəli oyunçudur. Türkiyədə Azərbaycanlı oyunçuların yerli statusunda sayılması da onun üstünlüyüdür.

Nəzərə alaq ki, "Qalatasaray"da hər dəfə bu mövqedə əskiklər var. Və bu mövqeyə iki oyunçunun transferi gündəmdədir.

Son dönəmlər azərbaycanlı futbolçuların türkiyədə yaxşı çıxış etdiyini görürük. Amma bu qədər yüksək səviyyədə transfer müzakirəsi hələ olmayıb.

"Qalatarasaray" iki və üçüncü liqalardan oyunçu transfer edən bir klubdur. Barış, Kərəm də bunlardan bəziləridir.

Məncə, bu iki oyunçu da öz bacarıqlarını artıqlaması ilə göstərə bilirlər.

Türkiyə və Azərbaycan futbolunun bərabər daha yaxşı inkişafı üçün bu transfer önəmilidir. İnşallah, tezliklə həyata keçər".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!