Əliyevin Ermənistanla bağlı yeni planı nədir? - Ermənilər qorxuya salan

5 Fevral 2024 13:30 Gündəm 553
Əliyevin Ermənistanla bağlı yeni planı nədir? -  Ermənilər qorxuya salan

“Əliyev Ermənistanla razılaşmaq yox, “Ermənistan haqqında razılaşma” əldə etmək istəyir.

Bunun iki yolu var: ya məsələləri hərbi müstəvidə həll etmək, yeni razılaşma və çoxtərəfli müqavilə imzalamaq, ya da Ermənistanı etiraz edə bilməyəcək vəziyyətə salmaqdır”.

Bu iddia ilə erməni şərhçi Vahram Atanesyan çıxış edib.

Erməni şərhçi qeyd edib ki, Ermənistanın nominal suverenliyi saxlanılacaq, lakin əməli qərarlar “zaminlər” tərəfindən veriləcək.

“Belə olan halda konstitusiya və normativ-hüquqi aktların dəyişdirilməsinin qarantı Ermənistanın “patronu” olacaq. Azərbaycan isə regional müstəvidə həlledici və qərarverici güc olacaq.

Qarabağda mövcud olmuş rejimin (erməni separatçıları-red) de-yure ləğvi bu prosesdə ilk mərhələ idi.

Bu prosesdə Ermənistanın ən zəif tərəflərindən biri də daxili qarşıdurmanın yaşanmasıdır. Siyasi deqradasiya dayandırılması, Ermənistan öz-özünə çökəcək”, - V.Atanesyan bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu