YENİ İDDİA - Məşhur baş məşqçi Azərbaycan klubuna gəlir?

1 Fevral 2024 18:00 Gündəm 2 554
YENİ İDDİA - Məşhur baş məşqçi Azərbaycan klubuna gəlir?

Rusiyanın Birinci Liqasında mübarizə aparan “Dinamo”nun (Mahaçqala) baş məşqçisi Kurban Berdıyev Azərbaycanda işləyə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Sport24.ru saytı yayıb.

Bildilib ki, ötən ilin yayından burada çalışan 71 yaşlı mütəxəssis komandanı tərk edəcək. Onun Azərbaycanda hansı klubdan təklif aldığı açıqlanmayıb.

Hazırda Azərbaycan yığmasının sabiq üzvü Ruslan Abışov Kurban Berdıyevin yanında təcrübə keçir.

Digər Xəbərlər
Xəbər Lenti