SON DƏQİQƏ; Tovuz stadionundakı projektorlarla bağlı qərar verildi

24 Dekabr 2023 11:30 Gündəm 2 519
SON DƏQİQƏ; Tovuz stadionundakı projektorlarla bağlı qərar verildi

Dekabrın 23-də keçirilən "Turan Tovuz" - "Araz-Naxçıvan" qarşılaşmasında yaşanan hadisə şok effekti verdi.

Oyunun 81-ci dəqiqəsində güclü külək nəticəsində işıq dirəklərindən birinin sınıb meydana aşması insan tələfatına səbıb olmasa da, matç yarımçıq dayandırıldı.

Bölgə təmsilçisinə sponsorluq edən "Huner Group" şirkətinin rəhbəri Ehtiram Quliyev hadisə baş verən gün axşam və gecə stadionda olub, olayla bağlı narahatlıq keçirib.

Quliyev gələcəkdə eyni halın təkrarlanmaması üçün göstəriş verib.

Belə ki, ən qısa zamanda 32 metr uzunluğu olan dirəklər söküləcək.

Onların yerində metal konstruksiyalı "vışka" kimi bildiyimiz qurğu quraşdırılacaq.

Yəni daha enli və 4 "ayaqlı" konstruksiya.

İşə yanvarda start veriləcəyi ehtimal olunur.

HƏBİB / SPORTINF./AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti