FIFA Azərbaycanın işğaldan azad olunmuş ərazilərində futbol infrastrukturu quracaq?

23 Dekabr 2023 22:40 Gündəm 859
FIFA Azərbaycanın işğaldan azad olunmuş ərazilərində futbol infrastrukturu quracaq?

FIFA Azərbaycanın işğaldan azad olunmuş ərazilərində futbol infrastrukturu üçün maliyyə vəsaiti ayıra bilər.

Sportinfo.az xəbər verir ki, bunu ali futbol qurumunun Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov “Anadolu” agentliyinə açıqlamasında deyib.

Azərbaycanlı futbol funksionerinin sözlərinə görə, “FIFA Forward” proqramı çərçivəsində bu dəstəyin gələcəkdə həyata keçirilməsi gündəmdədir.

“2016-cı ildə qurulan layihə çərçivəsində indiyə qədər FIFA-ya üzv olan 211 milli assosiasiyaya ümumilikdə 2,8 milyard dollar yardım edilib.

Həmçinin müharibələr zamanı futbolu dayanma nöqtəsinə gələn ölkələrin zərər görən idman müəssisələri üçün də lazımi dəstək veriləcək”, - deyə E.Məmmədov söyləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti