Rövnəq Abdullayev ardıcıl 5-ci dəfə AFFA prezidenti olmağa çox yaxındır.
2008-ci ildən federasiyanın başında dayanan SOCAR-ın sabiq başqanı daha 4 il AFFA-da qalacağına inandığını bildirib.
O, bu məsələylə bağlı müəyyən işlərin görüldüyünü və əgər hər şey plan üzrə gedərsə, qarşıdakı müddətdə futbol adına mühüm islahatlar aparacağını söyləyib.
Abdullayev bu sahədə kütləviliyə nail olacağını, respublikanın bütün şəhər və rayonlarının futbol səhnəsində yer almasına cəhd göstərəcəyini, AFFA-nın özündə ciddi kadr dəyişikliyi edəcəyini vurğulayıb.
Mərhum Ramiz Mirzəyevdən qurumun başına gələn Rövnəq Abdullayev qeyd eləyib ki, bundan sonra ümumiyyətlə, federasiyanın fəaliyyətinə daha çox vaxt ayıracaq, AFFA-nın binasına tez-tez gəlib-gedəcək, gündəlik işlərlə yaxından maraqlanacaq.
SPORTİNFO.AZ

