Azərbaycanda qış başlayır - BU GEN

22 Dekabr 2023 07:10 Gündəm 9 058
Azərbaycanda qış başlayır - BU GEN

Bu gün cari ilin son fəsil dəyişməsi hadisəsi olacaq, Şimal yarımkürəsində, o cümlədən Azərbaycanda qış fəsli başlayacaq.

Bu barədə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, qış fəsli Şimal yarımkürəsinə 22 dekabr saat 07:27-də daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir (Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur).

Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Sabah gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san., gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san. olacaq.

Şimal yarımkürəsində qış fəsli növbəti ilin martına qədər davam edəcək. Mart ayının 20-si saat 07:06-da yaz fəsli qışı əvəz edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti