“Bütün Qarabağ bölgəsində bu gün Azərbaycan Bayrağı dalğalanır”

21 Dekabr 2023 21:50 Gündəm 368
“Bütün Qarabağ bölgəsində bu gün Azərbaycan Bayrağı dalğalanır”

“Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir. Bütün Qarabağ bölgəsində bu gün Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir”.

Bu fikri Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində “Qarabağ” və MOİK arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib.

“Bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər”, - dövlət başçısı bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti