"Bir neçə aydan sonra stadionun inşasına yenidən başlanılacaq" - PREZİDENT

21 Dekabr 2023 17:30 Gündəm 905
"Bir neçə aydan sonra stadionun inşasına yenidən başlanılacaq" - PREZİDENT

“Bütün başqa şəhərlər kimi bu gün Ağdam şəhəri də yenidən qurulur.

O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşasına başlanılacaq”.

Sportinfo.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində “Qarabağ” və MOİK arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib.

“Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir.

Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır.

Qarabağ-Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir”, - deyə dövlət başçısı vurğulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti