VİDEO: Xankəndidəki oyunun start heyətləri BURADA

21 Dekabr 2023 13:10 Gündəm 492
VİDEO: Xankəndidəki oyunun start heyətləri BURADA

Bu gün Azərbaycan kubokunda tarixi oyun keçirilir.

Sportinfo.az xəbər verir ki, turnirin 1/8 final mərhələsində Ağdamın “Qarabağ” klubu MOİK-lə Xankəndi şəhərində qarşılaşır.

Şəhərin yenidən qurulmuş mərkəzi stadionundakı oyun saat 14:00-da başlayacaq.

Bu qarşılaşma 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilmiş hissəsində ilk rəsmi oyundur.

Artıq komandaların start heyətləri açıqlanıb:

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 20. Riçard Almeyda, 90. Nəriman Axundzadə, 19. Redon Cica, 17. Hamidu Keyta, 18. Juninyo

Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 29. Marko Veşovic, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 6. Julio Romao, 66. Patrik Andrade, 7 Yassin Benzia, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 11. Adama Diakabi

Baş məşqçi: Qurban Qurbanov

MOİK: 1. Zeynal Əhmədzadə, 97. Fərid Abbaslı, 3. Nicat Əskərov, 20. Nurlan Bayramov, 4. Ülvi İbazadə, 6. İsa Zeynallı, 8. Ramil Orucov, 10. Xəyal Bədirov, 11. Elvin Vəliyev, 77. Elmir Rəhimzadə, 17. Sabir Allahquliyev

Ehtiyat oyunçular: 12. Ayxan Qocayev, 35. Məhəmməd Qurbanov, 27. Nihad Ağayev, 38. Həsrət Mürsəlov, 9. Cavidan Abbaszadə, 44. Samir İbrahimov, 33. Raul Musayev, 30 Murad Musayev, 26. Elşən Veysov, 66.Elçin Bayramov

Baş məşqçi: Qəzənfər Abbasov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti