Tarixi oyundan öncə Xankəndidən GÖZƏL VİDEO görüntülər

21 Dekabr 2023 12:40 Gündəm 1 201
Tarixi oyundan öncə Xankəndidən GÖZƏL VİDEO görüntülər

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

Günün ilk matçı Xankəndi şəhərində baş tutacaq.

Burada "Qarabağ" MOİK-i qəbul edəcək.

Qarşılaşma Qarabağın 30 illik düşmən işğalından azad olunmasından sonra bu torpaqlarda keçiriləcək ilk rəsmi matç kimi tarixə düşəcək.

Oyuna maraq böyükdür.

Matçın startına təxminən 2 saat qalır.

Amma arenada böyük canlanma var.

Bakıdan gələn çox sayda qonaqlar, azarkeşlər tribunalarda yerini alıb.

Milli musiqilər bir-birini əvəzləyir.

Bir sözlə, Xankəndi şəhər stadionu yeni görkəmi ilə hər kəsi qarşılamağa tam hazırdır.

Xankəndinə ezam olunan əməkdaşımız burada yaşananları lentə alıb.

SPORTİNFO.AZ

Aşağıdakı linkə daxil olub izləyə bilərsiniz.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!