Xankəndidə doğuldu, "Qarabağ"a görə… Xalq artistinin kövrəldiyi anlar BU VİDEOda

21 Dekabr 2023 09:40 Gündəm 859
Xankəndidə doğuldu, "Qarabağ"a görə… Xalq artistinin kövrəldiyi anlar BU VİDEOda

Azərbaycan kubokunun 1/8 finalı çərçivəsində bu gün Xankəndidə "Qarabağ" - MOİK matçı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, qarşılaşmayla bağlı hazırlıq işləri yekunlaşıb.

Komandalar və fəxri qonaqlar məskunlaşmaq üçün dünən Şuşaya üz tutublar. Xankəndidəki matçı izləyəcək şəxslər arasında bu şəhərdə dünyaya gələn aktyor, Xalq artisti Fəxrəddin Manafov da var.

O, səfəröncəsi təəssüratlarını "İctimai Televiziya" ilə bölüşüb:

"Hisslər... Sözlər acizdir. Sözlə o hissləri demək mümkün deyil. Nəinki bu oyunun.

Qarabağla bağlı nə varsa, hamısının böyük əhəmiyyəti, bizim üçün həyatı mənası var. Mən son dəfə Qarabağdan 55 il əvvəl 14 yaşımda çıxmışam.

Şuşada olmuşam, dəfələrlə gedib-gəlmişəm. Amma Xankəndidə belə bir möhtəşəm gün...

Bu, yəqin ki, hər kəsin həyatında olmur. Xankəndidə doğulan şəxs kimi doğma stadionda bağlı olduğumuz "Qarabağ"ın - qardaşım Qurban Qurbanov və ordusunun ordumuzun komandasıyla görüşünə baxacağıq. Hissləri demək çətindir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti