"Dinamo" Mahirdən narazıdır - Yeni hücumçu transfer etmək istəyirlər

21 Dekabr 2023 09:20 Gündəm 568
"Dinamo" Mahirdən narazıdır - Yeni hücumçu transfer etmək istəyirlər

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” yeni hücumçu transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, Zaqreb təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç ön xəttin gücləndirilməsinin vacib olduğunu açıqlayıb.

Mütəxəssis ümidləri doğruldacaq forvard axtardıqlarını bildirib: “Hücumda fərq yaratmağı bacaran futbolçu gətirməliyik. Ümid edirəm ki, qış “transfer pəncərəsi”ndə bu keçidi reallaşdıra biləcəyik”.

Mahir Emreli “Dinamo”nun 5 hücumçusundan biridir. O, cari mövsüm 4 qola imza atıb. Zaqreblilərin ən məhsuldar forvardı isə hesabında 6 qol olan Bruno Petkoviçdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti