.jpg)
Xəbər verdiyimiz kimi, Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qarabağ" - MOİK oyunu Xankəndi şəhər stadionunda keçiriləcək.
Şəhər sabah bu matçı qəbul etməyə artıq hazırdır. Bu məqsədlə şəhərin özündə xeyli işlər görülüb.
Küçələrdə təmizlik aparılıb, yol nişanları yenilənib və rənglənib. Stadionun daxilində və ətraf ərazidə bəzi hissələr tör-töküntüdən təmizlənib.
«Qarabağ» rəhbərliyi yenidən Xankəndinə səfər edib. Ağdamlı funksionerlər şəhər stadionuna baş çəkib,
Gənclər və İdman Nazirliyinin mənsublarıyla bərabər burada görülən işlərin gedişatıyla yaxından tanış olub. Onlar təşkilatçılıqdan irəli gələn məsələlərin vaxtında nizamlanmasıyla bağlı müvafiq tapşırıqlar veriblər.
“Qarabağ” - MOİK matçı dekabrın 21-də saat 14:00-da başlayacaq.
Oyunu canlı izləmək istəyən azarkeşlər həmin gün saat 05:00-da metronun “Koroğlu” stansiyasından Xankəndinə yola düşəcək.
SPORTİNFO.AZ
Sosial mediada yayılan yeni görüntüləri təqdim edirik: