«Mən Elxan Məmmədovun yenidən AFFA-ya qayıdacağına inanmıram».
Bu sözləri futbol eksperti Emin Abbasov səsləndirib.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun təkrar bura dönmək perspektivi haqda danışıb.
Tanınmış teleşərhçi hazırda FİFA-nın Paris ofisində çalışan funksionerin qurumun baş katibi Fatma Sourma ilə birgə Bakıya səfərinin arxasında müəyyən məqsədlərin dayandığını bildirib.
Onu da vurğulayıb ki, E.Məmmədov son vaxtlar media sferasında fəallaşıb, bir neçə saytın təmsilçisi ilə görüşüb, dəstək istəyib.
Bununla belə, ekspert qeyd edib ki, ssözügedən şəxsin AFFA-ya dönüşünun reallaşması bir o qədər inandırıcı görünmür.
Çünki Məmmədov federasiyada çalışdığı 14 il ərzində çox mənfi reputasiya qazanıb, yarıtmaz fəaliyyəti ilə ictimaiyyətin gözündən düşüb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

