“Azərbaycanın vassalına çevrilirik”

19 Dekabr 2023 20:30 Gündəm 778
“Azərbaycanın vassalına çevrilirik”

“Azərbaycan qalib ölkə olaraq Ermənistana şərtlərini diktə edəcəksə, ermənilər bu vəziyyətdən necə çıxacaqlar?”

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert sülh müqaviləsi ilə bağlı Ermənistanda gedən ictimai-siyasi müzakirələrə diqqət çəkib:

“Erməni ekspertlərin mütləq əksəriyyəti bu fikirdədir ki, Ermənistan zəif olduğundan sülh sazişi onların xeyrinə olmayacaq və Azərbaycan müqavilənin bəndlərini yerinə yetirməyəcək.

Əlavə olaraq onu da bildirirlər ki, Azərbaycan və Türkiyənin məqsədi Ermənistanı tədricən zəiflətmək və vassal dövlətə çevirməkdir.

Nə qədər ki Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdı, erməni ekspertlər Ermənistanın Azərbaycanın vassalına çevrilməsi ehtimalını ağıllarına belə gətirmirdilər.

Mənim özümə müxtəlif beynəlxalq konfranslarda yekəxana şəkildə deyirdilər ki, “Qarabağı unudun”.

Hazırda vəziyyət kardinal şəkildə dəyişdiyinə görə, ağlaşma halındadırlar. Əgər Azərbaycan qalib ölkə olaraq Ermənistana şərtlərini diktə edəcəksə, ermənilər bu vəziyyətdən necə çıxacaqlar?

Erməni eskeprtlərin bu suala cavabı yoxdur, cavab olmadığına görə də özləri üçün ən pis ssenarilərdən danışırlar”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti