“Qarabağ” “Neftçi”ni məğlub edəcək” – Hər iki komandada oynamış hücumçu

18 Dekabr 2023 19:20 Gündəm 974
“Qarabağ” “Neftçi”ni məğlub edəcək” – Hər iki komandada oynamış hücumçu

Bu axşam saat 20:00-dan etibarən diqqətlər Tofiq Bəhramov adına Respublika stadionuna yönələcək.

Premyer Liqanın 17-ci turu çərçivəsində bütün milli çempionatların daimi iştirakçıları, əzəli və əbədi rəqiblər “Qarabağ”la “Neftçi” qarşılaşacaq.

Düzdür, indiki vəziyyətdə komandalar arasında oyun və nəticə baxımından kəskin fərq var. Lakin söhbət derbidən gedirsə, 90 dəqiqə ərzində nələrin yaşanacağını təsəvvür etmək çətin deyil.

Vaxtilə hər iki komandanın şərəfini qorumuş, uzun illər Azərbaycan millisində çıxış etmiş hücumçu Rauf Əliyev Sportinfo.az-a açıqlamasında şansları dəyərləndirib, favorit komandanın adını çəkib:

“Maraqlı və gərgin qarşılaşma olacağına şübhə etmirəm. Bu oyunun hansı mənada kəsb etdiyini yaxşı bilirəm.

Çünki vaxtilə hər iki komandanın heyətində digərinə qarşı oynamışam. Məlum məsələdir ki, bu gün favorit “Qarabağ”dır.

Düzdür, “Hekken”lə ağır oyundan çıxıblar. Fikrimcə, Qurban Qurbanovun rotasiyalar etmək üçün yaxşı imkanı var. Artıq bu qrafikə öyrəncəlidirlər.

Bu gün “Qarabağ” sərgilədiyi oyuna görə “Neftçi”ni üstələyir. “Qarabağ”da sistemli oyun var, amma “Neftçi”də oyun görə bilmirik.

Ancaq derbi elədir ki, ən zəif komandanın motivasiyası da başqa cür olur. Məncə, “Qarabağ” “Neftçi”ni məğlub edəcək”.

34 yaşlı Əliyev 2006-2013-cü illər aralığında “Qarabağ”ın, 2014-15 mövsümünün ikinci, 2019-20 mövsümünün birinci yarısında “Neftçi”nin şərəfini qoruyub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti