Bu gün Azərbaycan kubokundv 1/8 final mərhələsinə start verilib.
Mərhələnin görüşləri 4 günü əhatə edəcək.
Bu cütün bütün təyinatları və keçiriləcəyi məkanlar açıqlansa da, "Qarabağ" - MOİK matçıyla bağlı heç bir əlavə məlumat verilmir.
Qarşılaşmanın Xankəndi şəhər stadionunda baş tutacağı gözlənilsə də, PFL rəhbərliyinin bu şəhərə səfər zamanı ağı qəzaya düşməsi vəziyyəti bir az qarışdırıb
. Buna görə də açıqlanan cədvəllərdə oyunun məkanı dəqiq olaraq göstərilməyib. Asmma bu o demək deyil ki, komandalar Xankəndiyə üz tutmayacaq.
Xankəndi stadionunu balansına keçirən Gənclər və İdman Nazirliyi təşkilatçılığı öz üzərinə götürüb.
Ev sahibi qismində çıxış edəcək "Qarabağ"la birgə. Tərəflər arasında bununla bağlı toplantı olub, iş bölgüsü aparılıb.
SPORTİNFO.AZ

