“Türkiyənin danışıqlar masasında olması Ermənistan üçün də əlverişli olardı”

17 Dekabr 2023 07:50 Gündəm 690
“Türkiyənin danışıqlar masasında olması Ermənistan üçün də əlverişli olardı”

“Türkiyə bölgənin ən önəmli ölkələrindən biridir və prosesə birbaşa aidiyyəti olmayan üçüncü ölkələrdən fərqli olaraq Cənubi Qafqazda, regionda sabitliyin inkişafında maraqlıdır”.

Bunu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransı zamanı Türkiyənin Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına necə töhfə verə biləcəyi ilə bağlı suala cavab verərkən deyib.

“Türkiyənin danışıqlar masasında olması Ermənistan üçün də əlverişli olardı. Hazırda qərar Ermənistan tərəfindədir. Azərbaycan Türkiyənin bu prosesdə rolunun daha çox olmasını alqışlayır”, - C. Bayramov qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti