Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) 6 əməkdaşı Bakıda yerləşən hospitala gətirilib.
PFL-in prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyev 2 saat öncə əməliyyata alınıb.
Neyrocərrahiyyə, plastik cərrahiyyə və ortopediya-travmatologiya hakimlərdən ibarət komanda hazırda bu iki xəstə üzərində əməliyyatı icra edir.
Əməliyyatın daha 2-3 saat çəkəcəyi gözlənilir. Digər xəstələrə ilkin tibbi müdaxilələr olunub.
Sənan Abdullayev hər iki ayaq pəncəsinin əzilməsi, Rasim Qafarlı sağ diz oynağının əzilməsi, Elgiz Abbasov sağ diz nahiyəsinin əzilməsi və sınığı, Zaur Hacı-Məhərrəmov isə burun nahiyəsində küt travma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Vəziyyətləri sabitdir. Onlar stasionara yatırılıblar.
SPORTİNFO.AZ

