AFFA I Liqa və II Liqada klub sayını artıracaq?

3 İyun 2024 09:40 Gündəm 2 714
AFFA I Liqa və II Liqada klub sayını artıracaq?

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

İclasın gündəliyinə 6 məsələ daxildir.

Onlardan biri də I və II Liqada mövcud vəziyyətin müzakirəsidir.

Son günlər sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda belə bir iddialar yayılıb ki. AFFA hər iki liqada iştirakçı sayını artırmağı planlaşdırır.

Belə ki, I Liqada 12, II Liqada 16 komandanın mübarizə aparacağı bildirilir. O da qeyd olunur ki, çempionata yeni qoşulanların hamısı müxtəlif bölgələrin təmsilçiləridir.

Qurumdan bu xəbəri dəqiqləşdirdik, redaksiyamıza bildirildi ki, İcraiyyə Komitəsində say artımı müzakirə edilməyəcək və yayılan xəbərlər əsassızdır.

Həmçinin deyildi ki, bu məsələyə ən yaxşı halda 2025-ci ilin yayında baxıla bilər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu