Oktyabrın ilk günü Azərbaycanda hava necə olacaq? - PROQNOZ

1 Oktyabr 2023 07:00 Gündəm 765
Oktyabrın ilk günü Azərbaycanda hava necə olacaq? - PROQNOZ

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70%, gündüz 45-50% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-27° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-16° isti olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 18:10 Çək və bizə göndər!
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız