"8 mövqe təhvil verilib, Noyemberyanda Azərbaycan bayrağı dalğalanır”

6 May 2024 14:30 Gündəm 2 757
"8 mövqe təhvil verilib, Noyemberyanda Azərbaycan bayrağı dalğalanır”

“Tavuş istiqamətində 8 mövqe təhvil verilib”.

Bunu “Pastinfo”nun efirində erməni polkovnik Vladimir Ohanesyan deyib.

Onun sözlərinə görə, bunun ardınca Geqarkunikdə 12, Qafanda isə 5 kəndin sərhədinin müəyyənləşdirilməsi ilə bağlı işlər aparılacaq.

Ohanesyan bildirib ki, hazırda Noyemberyanda qohumunun xidmət etdiyi mövqedə artıq Azərbaycan bayrağı dalğalanır.

“Bizimkilər artıq geri çəkilib, burada söhbət kilsənin qarşısında sol və sağ tərəfdən 7-9 kilometrlik ərazidən gedir”, - deyə erməni polkovnik qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi