Azərbaycanla sərhəd kəndlərin əhalisi SİLAHLANDIRILDI

3 İyun 2023 19:30 Gündəm 770
Azərbaycanla sərhəd kəndlərin əhalisi SİLAHLANDIRILDI

"Sünik rayonunun sərhəd yaşayış məntəqələrində özünümüdafiə üçün kifayət qədər silah-sursat var".

Bunu jurnalistlərlə keçirdiyi brifinqdə Ermənistan Respublikasının "Sünik mərzi" adlanan Zəngəzur ərazisinin qubernatoru Robert Qukasyan Azərbaycanın mövqelərinin çox yaxın olması və təhlükəsizlik tədbirlərinə ehtiyac olması barədə fikirlərini cavablandırarkən deyib.

"Bütün sərhəd yaşayış məntəqələrində silah var. Daim silah gəzdirmək istəyənlər var, bu, təbii ki, düzgündür. Biz ayıq olmalıyıq.

Başa düşürsünüz ki, silahın daşınması və saxlanması ilə bağlı dəqiq tənzimləmə yoxdursa, bütün bunların nəticəsində bədbəxt hadisələr baş verə bilər. "Sərhəd kəndlərində silah-sursat yoxdur" demək yanlışdır. Onlar var".

Qukasyan regionda Ermənistan Müdafiə Nazirliyinin zəruri hesab etdiyi qədər silahın olduğunu vurğulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"
19 Yanvar 03:10 Sonda "Abşeron” da uddu
19 Yanvar 03:00 Evlənirlər - FOTOLAR