Tanınmış türkiyəli iş adamı "Qarabağ"ı izləmək üçün Bakıya gəldi - FOTO

26 Mart 2023 20:20 Gündəm 2 182
Tanınmış türkiyəli iş adamı "Qarabağ"ı izləmək üçün Bakıya gəldi - FOTO

"Biz tarix boyu bir-birimizə hər zaman dəstək olduq, hər birimizin ən ağır günlərdə sorğusuz, sualsız ilk yardıma gələn tərəf olduq.

Bu gün qarşı-qarşıya olacağıq. Lakin bu qarşılaşmanın ali məqsədi də məhz yardımlaşmaqdır.

Kimin qalib gələcəyi də heç önəmli deyil, vacib olan qan bir, qəlb bir qardaşlarımızla bu həyəcanı bir yerdə yaşamaqdır".

Sportinfo.az xəbər verir ki, bu sözləri, bu gün Bakı Olimpiya Stadionunda təşkil olunacaq qardaşlıq matçını izləmək üçün Bakıda səfərdə olan türkiyəli iş adamı Bora Yazır Türkiyə mediasına "Qarabağ – Qalatasaray" oyunu ilə bağlı müsahibəsində bildirib.

Qardaşlıq oyununun bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Türkiyəli iş adamı həmçinin ölkəsinin bu ağır günlərində Ukrayna Prezidenti Volodimir Zelenskidən də gələn ilk yardım təklifi və dəstəyini də unutmadıqlarını söyləyib.

Lakin eyni zamanda, qarşılıqlı olaraq Ukrayna xalqı üçün xüsusi sosial kampaniyalarda ön sırada olduqlarını xatırladıb.

Atalarımızdan gördüyümüz budur – sağ əlin etdiyini, sol əl bilməz deyə, lakin bizim görə bildiyimiz iş gələcək nəsil üçün hədəflənib deyə, biz istəyərik ki, bu işdə də dünyaya nümunə olaq.

Qeyd edək ki, bir müddət öncə türkiyəli iş adamının dəstəyi ilə Türkiyədə və Azərbaycanda yerləşən Ukrayna Səfirliyi və Konsulluqlarına ibtidai və orta sinif dərslikləri çap olunaraq göndərilib.

Bir millətin ən vacib sütunlarından biri də təhsildir. Harada olursa olsun, hansı millət olursa olsun, təhsilə dəstək ehtiyac olan durumda Türkiyə də, Azərbaycan da yardım üçün hər zaman ön sıralarda olacaq.

Məhz bu günkü qardaşlıq matçının qayəsi kimi. Tanrı Türkü və onun iğtişamını qorusun.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda