SOS: Qarabağa yenə oğrun yolla silah daşınır - Rusiya separatçılara ordu qurur!

27 Noyabr 2022 12:50 Gündəm 250
SOS: Qarabağa yenə oğrun yolla silah daşınır - Rusiya separatçılara ordu qurur!

“İki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı revanşist qüvvələr hər vəchlə maneçilik törətməyə çalışır.

Bu ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyl etməsi narahatlıq doğurur”.

Bunu Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. O həmçinin vurğulayıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusi diqqət çəkir.

Kəlbəcərdən əməliyyata başlamaq Nəcməddin Sadıxovun ideyası idi

Rövşən Məhərrəmov

Ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, 10 noyabr üçtərəfli bəyanatın 4-cü bəndində sülhməramlıların bölgəyə daxil olduğu andan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və erməni silahlı dəstələrinin ərazidən çıxarılması qeyd olunur. Ancaq iki ildən artıq vaxt keçir bu bəndin tələbinə nə Ermənistan əməl etməyib, nə də Rusiya sülhməramlıları üzərlərinə düşən öhdəliyi icra etmir: “Onlara qoyulan vaxta da əməl etmirlər. Nəticədə Ermənistan və separatçı ermənilər daha da arxayınlaşaraq üçtərəfli bəyanatı heçə sayırlar, hər gün Azərbaycana meydan oxumaq kimi bəyanatlar səsləndirirlər. Rusiya sülhməramlılarının bölgədə olması bölgədə gərginliyi hər gün artırmaqdadır. Sülhməramlıların qanunsuzluqları təkcə ermənilərə silah daşımaq və ya daşınmasına şərait yaratmaqla kifayətlənmir. Onlar müvəqqəti yerləşdikləri ərazilərimizdə erməni yeniyetmələrə təlimlər keçirlər. Səngərlər və digər mühəndis istehkam işlərində ermənilərə dəstək verirlər. Sülhməramlıların və ermənilərin hərəkətləri Azərbaycana qəti tədbirlərə əl atmaqdan başqa yol yoxdur. Görün vəziyyət nə dərəcədə pisdir ki, Azərbaycanın DTX rəisinin birinci müavini o cür açıqlama verməli olub. Generalın faktlar olmadan bu bəyanatı dilə gətirməsi mümkün deyildi. Deməli, DTX-da çox ciddi kəşfiyyat məlumatları toplanıb. Bu isə Azərbaycanın öz ərazisində təkcə Müdafiə Nazirliyinin tabelçliyindəki hərbi birləşmələrlə deyil, eləcə də DTX, Daxili Qoşunlar və digər müvafiq güc strukturlarının əməliyyatlar keçirməsi üçün tutarlı əsasdır. Yeni Laçın dəhlizinin nəzarətə götürülməsi də bu zaman baş verə bilər və baş verməlidir”.

Ekspert qeyd etdi ki, sülhməramlıların Rusiyanın siyasi, hərbi rəhbərliyinin razılığı və ya göstərişi olmadan separartçılara dəstək vermələri mümkün deyil: “Rusiya ənənəvi siyasətini bu gün ortaya qoyur. Bu siyasət bölgədə münaqişə ocağının sönməsinin qarşısını almaq, sülh sazişinə imkan verməmək və uzanana münaqişədən Azərbaycana və Ermənistana təsir rıçaqı kimi istifadə etməyi nəzərdə tutur. Məqsəd həm də Rusiya sülhməramlılarının bölgədə daha uzun müddət qalmasına nail olmaqdır. Ona görə də gün-gündən vəziyyəti gərginləşdirirlər. Azərbaycan buna qarşı çox ciddi tədbirlər görməlidir. Sülhməramlılara silahlı ermənilərin ərazidən çıxarılması üçün konkret vaxt qoymalı və bəyan etməlidir ki, bu vaxt ərzində sülhməramlılar öhdələrinə düşən işi yerinə yetirməsələr Azərbaycan özü təmizləmə həyata keçirəcək. Gedişat belə bir vəziyyətin reallaşmasını qaçılmaz edir”.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli isə bildirib ki, Laçın dəhlizini nəzarətə götürmək mütləqdir: “Çünki məğlub tərəf olan Ermənistan üzərinə düşən öhdəlikləri icra etmir, humanitar məqsəd üçün nəzərdə tutulan Laçın dəhlizindən separatçı ermənilərə silah daşınır, hərbi texnika daşınır, o cümlədən Ermənistan Naxçıvanla iki tərəfli maneəsiz əlaqəmizi təmin edəcək yolun açılması barədə heç bir müsbət addımlar atmayıb. Paşinyanın son vaxtlar verdiyi bəyanatlardan, separatçı quldur rejimin nümayəndələrinin verdiyi bəyənatlardan belə məlum olur ki, Azərbaycanın sərt tədbirlərə əl atmasından başqa yol qalmır. General Şadlınskinin açıqlamaları vəziyyətin ciddiliyinin bir daha göstərir. Bu bir SOS siqnalıdır. Odur ki, ilk növbədə sərt addımlardan biri Laçın yolunun nəzarətimizə götürülməsi, orada nəzarət postlarının, sərhəd nöqtəsində nəzarət buraxılış məntəqəsinin qurulması zəruridir. Azərbaycanın buna tam hüququ çatır. Ermənistan üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəliklərdən faktiki olaraq imtina edir. Ona görə də ilk addım olaraq Azərbaycan tərəfi ən azından Laçın dəhlizini bağlamaq deyil, ora nəzarəti öz əlinə ala bilər. Yalnız bundan sonra Ermənistan tərəfinin Rusiya sülhməramllılarının yardımı ilə Qarabağı silahlandırmasının və bu dəhlizin təyinatına uyğun olmayan məqsədlər üçün istifadəsinin qarşısı alına bilər”.

Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 02:30 Ruben Vardanyan qaçdı