SON DƏQİQƏ! Moskvadan ŞOK ETİRAF: Ukrayna Rusiyanın ilhaqına BELƏ CAVAB VERİR

4 Oktyabr 2022 18:50 Gündəm 1 012
SON DƏQİQƏ! Moskvadan ŞOK ETİRAF: Ukrayna Rusiyanın ilhaqına BELƏ CAVAB VERİR

Rusiya ilə Ukrayna arasında müharibə səkkizinci ayına girib, şiddətli toqquşmalar davam edir.

Ukrayna Rusiyanın 4 bölgəni ilhaq etməsinə cavab verib. Hücumları davam etdirən Ukrayna qüvvələri Rusiyanın mövqelərini darmadağın edib.

Musavat.com xəbər verir ki, Britaniyanın “Daily Mail” qəzeti gedişatı “Ukrayna qoşunları Xerson yaxınlığında Rus xətlərini yararaq şərqdə irəliləməyə davam edir” başlığı ilə oxucularına təqdim edib.

“Putin keçən həftə ilhaq etdiyi 4 bölgədən üçündə ərazilərini itirir”, - xəbərdə deyilir.

RUSİYADAN ETİRAF KİMİ AÇIQLAMA

Ukrayna ordusunun irəliləməsi bölgədəki Rusiya hərbi rəsmiləri tərəfindən də təsdiqlənib və bildirilib ki, “Ukrayna ordusuna çox güclü müdafiə atəşi açılır”.

Rusların Xersonda təyin etdiyi regional lider Vladimir Saldo bəyan edib ki, Ukrayna ordusu təxminən 30 km irəliləyərək Dudçanı şəhəri yaxınlığına gəlib.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov əlavə edib ki, Ukrayna regionda tankların sayına görə üstündür.

ZELENSKI TƏSDİQLƏDİ: HUCUMLAR DAVAM EDİR

Ukrayna prezidenti Vladimir Zelenski deyib: “Biz bir neçə ərazini azad etdik, bir çox ərazilərdə şiddətli müharibə gedir”.

Lakin Zelenski bu bölgələrin adlarını açıqlamayıb.

Xersonun şimal-qərbində ruslar üçün həyati əhəmiyyət kəsb edən Antonivski körpüsünün Ukrayna ordusu tərəfindən dağıdıldığı bildirilir.

UKRAYNA LUQANSKDA İRƏLİLƏYİR

Şərqdə isə Ukrayna ordusunun Rusiyanın işğalı altında olan Luqanskın bəzi bölgələrində irəliləyiş əldə etdiyi bildirilir. Regiondan gələn xəbərlər Ukrayna ordusunun Kremenna və Svatove şəhərlərinə doğru irəlilədiyini göstərir.

Şənbə günü Ukrayna ordusu Liman şəhərini mühasirəyə alıb, daha sonra Rusiya oradan əsgərlərini geri çəkdiyini elan edib. Luqansk sərhədində yerləşən Liman rusların bölgədəki logistika mərkəzi idi (musavat.com).

Nigar Cəfərli

Digər Xəbərlər
Xəbər Lenti