Türkiyədən sensasiyalı məğlubiyyət, Xorvatiya və Niderland final mərhələsində - NƏTİCƏLƏR

26 Sentyabr 2022 00:50 Gündəm 1 059
Türkiyədən sensasiyalı məğlubiyyət, Xorvatiya və Niderland final mərhələsində - NƏTİCƏLƏR

UEFA Millətlər Liqasının qrup mərhələsində VI tura start verilib.

A Liqasının 1-ci qrupunda Xorvatiya səfərdə Avstriyanı, Danimarka isə səfərdə Fransanı məğlub edib.

4-cü qrupda Niderland Belçikaya qalib gələrək, Polşa Uelsə qalib gəlib.

C Liqasının bugünkü görüşləri formal xarakter daşıyıb. Hər iki qrupda liderlər və aşağı liqaya düşəcək komandalar əvvəlki turlarda bəlli olub.

Sportinfo.az xəbər verir ki, gecənin sensasiyasına evdə Türkiyəni yenən Farer adaları imza atıb.

D Liqasında Latviya səəfərdə Andorra ilə heç-heçəyə razılaşıb., Moldova isə evdə Lixtenşteynə qalib gəlib.

Beləliklə, sonuncu turun ilk oyun gününün nəticələrindən sonra Xorvatiya və Niderland yığmaları qrup qalibi kimi final mərhələsinə adlayıblar. Avstriya və Uels A Liqasını tərk edib. Latviya isə həm C Liqasına, həm də pley-offa yüksəlib.

UEFA Millətlər Liqası

Qrup mərhələsi, VI tur

A Liqası

1-ci qrup

22:45. Avstriya - Xorvatiya - 1:3

Qollar: Kristof Baumqartner, 9 - Luka Modriç, 6. Marko Livaya, 69. Deyan Lovren, 72

22:45. Danimarka - Fransa - 2:0

Qollar: Kasper Dolberq, 34. Andreas Skov Olsen, 39

Xal durumu: Xorvatiya - 13, Danimarka - 12, Fransa - 5, Avstriya - 4

4-cü qrup

22:45. Niderland - Belçika - 1:0

Qol: Vircil van Deyk, 73

22:45. Uels - Polşa - 0:1

Qol: Karol Sviderski, 58

Xal durumu: Niderland - 16, Belçika - 10, Polşa - 7, Uels - 1

C Liqası

1-ci qrup

22:45. Farer adaları - Türkiyə - 2:1

Qollar: Vilyormur Davidsen, 51. Yohan Edmundsson, 59 - Serdar Gürler, 89

22: Lüksemburq - Litva - 1:0

Qol: Jerson Rodriges, 89

Xal durumu: Türkiyə - 13, Lüksemburq – 11, Farer adaları – 8, Litva – 1

3-cü qrup

20:00. Slovakiya - Belarus - 1:1

Qollar: Adam Zrelyak, 65 - İvan Baxar, 45

20:00. Azərbaycan - Qazaxıstan - 3:0

Qollar: Aleksandr Maroçkin, 66 (öz qapısına). Filip Ozobiç, 74. Anatoli Nuriyev, 90+1

Qırmızı vərəqə: Nuralı Alip, 35 (Qazaxıstan)

Xal durumu: Qazaxıstan - 13, Azərbaycan - 10, Slovakiya - 7, Belarus - 3

D Liqası

17:00. Andorra - Latviya - 1:1

Qollar: Albert Rosas, 88 - Vladislav Qutkovski, 50

17:00. Moldova - Lixtenşteyn - 2:0

Qollar: Viktor Stine, 90+2; 90+4

Xal durumu: Latviya - 13, Moldova - 13, Andorra - 8, Lixtenşteyn - 0.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!