AFFA Hakimlər Komitəsinin sədri postu boşalıb.
Federasiyanın yeni rəhbərliyi Baarış Şimşeklə əməkdaşlığı dayandırıb.
İki ildir ölkəmizdə çalışdan türkiyəli funksionerlə yeni müqavilə imzalanmayıb.
Buna səbəb Premyer Liqa, I Liqa və II Liqaya təyinat alan hakimlərin ümidləru doğrultmaması, hət həftə çoxsaylı səhvlərə yol vermələri, bir sözlə, qalmaqallı oyunların sayının kəskin dərəcədə artmasıdır.
Klubların ondan şikayətləri o qədər çoxdur ki... Təbii ki, bu da AFFA yönətimini belə bir qərar qəbul etməsini şərtləndirib.
Dünən daha bir gözlənilən ilk dəyişiklik baş verib. Cavid Cəlilov komitənin nəzdində fəaliyyət göstərən Hakimlər Departamentinin rəisi vəzifəsindən uzaqlaşdırılıb.
AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədova yaxınlığı ilə ad çıxaran Cəlilovdan şikayətçi düşən yalnız hakimlər deyildi.
Aşağı yaş qrupları üzrə liqalara təyinat alan əksər “fit sahibləri” ilə yanaşı, Premyer Liqa və I Liqa klublarının da çoxu onun əlindən zinhara gəlmişdi.
Fritz Stuxlikin komitəyə sədrliyi dönəmində əl-ayağı yer alan, Barış Şimşekin görəvdə olduğu son 2 ildə də atını köndələn çapan Cəlilov baş hakim kimi özünə həmişə yer edib.
Referi olaraq təyinat aldığı matçların böyük qismində verdiyi qərarlarla gündəmə gəlib.
SPORTİNFO.AZ

