“Kəpəz” bu hücumçu üçün “Neftçi”yə müraciət etdi

6 İyul 2022 16:00 Gündəm 2 150
“Kəpəz” bu hücumçu üçün “Neftçi”yə müraciət etdi

Premyer Liqaya hazırlaşan “Kəpəz” heyətini gücləndirməkdə davam edir.

Hələ ki, 5 futbolçu – Elvin Yunuszadə, Tural Axundov, Kamran İbrahimov, Samir Məhərrəmli və Zamiq Əliytevin transferini açıqlayan Gəncə təmsilçisi digər futbolçularla danışıq aparır.

Əfran İsmayılovun Premyer Liqanın debütantında debüt edə biləcəyini xəbər vermişdik. Təcrübəli müdafiəçi şərtlərini irəli sürüb, hazırda bu yöndə çalışmalar gedir.

Baş məşqçi Yaşar Vahabzadənin xidmətinə ehtitac duyduğu digər sima Mirabdulla Abbasovdur. “Neftçi”nin çalışdırıcısı Laurentsiu Regekampfın sərəncamına görmək istəmədiyi hücumçu üçün “Kəpəz” hərəkətə keçib.

Hazırda klublar danışıq prosesindədir. Razılıq əldə olunsa, Mirabdulla karyerasını Gəncədə davam etdirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!