Azərbaycanda son sutkada koronavirusa yoluxanlar - 18 nəfər vəfat erdi

4 Dekabr 2021 17:30 Gündəm 197
Azərbaycanda son sutkada koronavirusa yoluxanlar - 18 nəfər vəfat erdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1406 yeni yoluxma faktı qeydə alınıb, 1787 nəfər müalicə olunaraq sağalıb.

Sportinfo.az xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 594 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 562 786 nəfər müalicə olunaraq sağalıb, 7 947 nəfər vəfat edib, aktiv xəstə sayı 24 261 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 869, ötən müddət ərzində isə ümumilikdə 5 591 270 test aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti