Prezident sülhməramlıların nəzarətindəki ərazilərdə baş verənlərdən danışdı

26 Noyabr 2021 18:50 Gündəm 715
Prezident sülhməramlıların nəzarətindəki ərazilərdə baş verənlərdən danışdı

“Bu gün biz Ermənistan-Azərbaycan problematikası barədə ətraflı söhbət edəcəyik.

Qeyd etməliyəm ki, keçən il noyabrın 10-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətə başlaması ilə əlaqədar o vaxtdan bəri bir il ərzində Rusiya sülhməramlılarının məsuliyyəti zonasında ciddi insidentlər olmayıb.

Silahlı toqquşmalar olmayıb, hər hansı ciddi hadisələr olmayıb, sistemli böhran xarakteri daşımayan müəyyən təsadüfi insidentlər olub”.

Bunu bu gün Soçidə Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə Prezidenti İlham Əliyev deyib.

Prezident qeyd edib ki, Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar olub, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil:

“Bununla belə, əlbəttə, bu, bizi bütün bunlara çox diqqətlə yanaşmağa, risklərə necə nəzarət etmək, onları necə minimallaşdırmağın mümkün olması barədə, o cümlədən, üçtərəfli formatda söhbət aparmağa və Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanması üzərində işləməyə vadar edir.

Biz bu məsələdə şəxsən Sizin rolunuzu, Rusiya Federasiya hökumətinin yüksəkvəzifəli nümayəndələrinin rolunu və əlbəttə, Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolunu çox yüksək qiymətləndiririk və ümid edirik ki, gələn il bu iş davam etdiriləcək və yenə yaxşı nəticələr alınacaq”.

Digər Xəbərlər
Xəbər Lenti