AFFA-dakı işindən ayrılan gün hamını başına yığdı, bunu İDDİA ETDİ

5 İyun 2024 14:00 Gündəm 2 433
AFFA-dakı işindən ayrılan gün hamını başına yığdı, bunu İDDİA ETDİ

AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəklə yollarını ayırıb.

Milli assosiasiyanın mətbuat xidməti saytımızın bir həftə öncə yaydığı xəbəri təsdiqləyib.

“AFFA və Hakimlər Departamentinin sədri Barış Şimşək arasında mövcud müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. AFFA adından Barış Şimşəyə gələcək fəaliyyətində uğurlar arzu edirik", - deyə qurumdan bildirilib.

Barış Şimşək 2022-ci ilin yayından bu vəzifədə çalışıb. Türkiyəli funksioner iş yerindən ayrıldığı gün hakimlərlə görüş keçirib.

O, ötən müddət ərzində gördüyü işlərdən söz açıb, iddia edib ki, bu sahənin inkişafı üçün mühüm işlər görüb.

Deyib ki, klubların hakimlərdən narazılığı heç vaxt onu narahat etməyib, çünki əksər məşqçi və funksionerlərin hakimliyin sirlərinə bələd olmadığı qənaətindədir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu