Yenidən bahalaşdı - VİDEO

5 İyun 2024 13:30 Gündəm 1 017
Yenidən bahalaşdı - VİDEO

Azərbaycanda unun qiyməti artmaqda davam edir.

Qiymət artımı 50 kiloqramlıq un kisəsində daha çox hiss olunur.

Belə ki, əvvəlki aylarda 27 manata satılan 50 kiloqramlıq un kisəsinin hazırda satış məntəqələrində 32 manat və daha baha təklif olunduğu bildirilir.

Satıcılar bahalaşmaya əsas səbəblərdən biri kimi dəyirmanlarda qiymətlərin artmasını göstərirlər. Bahalaşmanın bütün un növlərində özünü göstərdiyi qeyd olunur.

İqtisadçı ekspert Fuad İbrahimov dünya bazarında unun qiymətində ciddi artımın müşahidə olunmadığını deyib. Onun sözlərinə görə, qiymət artımı müəyyən şirkətlərin yanaşmasından qaynaqlanır.

Ekspert həmçinin bildirib ki, taxıl sahələrində biçim dövrü başlayanda qiymətlərin yenidən enəcəyi proqnozlaşdırılır.

Bir müddət əvvəl də unun qiymətində artım baş vermişdi. Belə ki, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edirdisə, may ayında bu qiymət 27 manat 35 qəpiyə çatmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu